BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimlinin partiyasına az vəsait ayrılıb? - Maliyyə naziri açıqladl

Maliyyə naziri Samir Şərifov Vəhdət Partiyasının sədri Tahir Kərimlinin partiyasına ayrılan vəsaitin azalmasıyla bağlı sualını cavablandırıb. 

Pravda.az-ın məlumatına görə, nazir bildirib ki, siyasi partiyaların maliyyələşdirilməsi qanunauyğun olaraq həyata keçirilir: “Həmin qanuna da Milli Məclis tərəfindən dəyişikliklər edilib. Bu dəyişikliklər nəzərə alınaraq həmin modellə hesablanır. Hər il vəsait ayrıldıqdan sonra bərabər şəkildə bölünür. Tahir müəllimin partiyasına da ayrılan vəsait digər partiyalar kimi eynidir. 

Azalmanı onunla bağlayırıq ki, Milli Məclisdə təmsil olunan partiyaların sayı artıb. Bunun nəticəsində eyni məbləğdə olan vəsait partiyalar arasında bölündükdə daha az vəsait düşüb. 

Partiya mənsubiyyəti olan deputatların sayı da parlamentdə artıb. Bu səbəbdən də Vəhdət Partiyasına ötən illə müqayisədə 3800 manat az vəsait ayrılıb. Ancaq bütün hesablamalar mövcud qanunvericiliyə uyğun hesablanır”.

Tarix: 27 May 2021, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin