BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan SES-lərlə bağlı TƏKLİF

Millət vəkili Qüdrət Həsənquliyev ölkədə bərpa olunan enerji mənbələri ilə yanaşı su elektrik stansiyalarının da quraşdırılmasını təklif edib.

Pravda.az xəbər verir ki, deputat bunun vacibliyini Amerikanın Texas ştatında baş verən hadisə ilə əlaqələndirib. O qeyd edib ki, sözügedən ştatda iqlim dəyişikliyinin nəticəsi olaraq gözlənilmədən şaxta olub:


“Bərpa olunan enerji mənbələrinin hamısı çökdü, nəticədə insanlar əziyyətlə üzləşdi. Belə istisnaların Qarabağın dağlıq hissəsində olması da mümkündür.  Xəzərin suyunun donmasını da görmüşük. Ona görə də ehtiyac olacaqsa, su elektrik stansiyaları da tikilməlidir. Bunu vəzifə olaraq dövlətin üzərinə qoymalıyıq.  İnsanlar bu zaman bərpa olunan enerji mənbələrindən rahatlıqla istifadə edə bilər”.

Deputat Naqif Həmzəyev isə günəş panellərinin satışının əlçatan olmasını təklif edib.

O qeyd edib ki, panellərin qiyməti müəyyən dərəcədə bahadır: “Qanunun işlək olmasını istəyiriksə, bu zaman güzəştlər və təşviq planı da hazırlanmalıdır”.
 

Tarix: 27 May 2021, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin