BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda sənaye parkları malların satışını da həyata keçirəcək

Azərbaycanda sənaye parkları müasir texnologiyaların tətbiqi ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə yanaşı Azərbaycan Prezidentinin müəyyən etdiyi hallarda malların satışını da həyata keçirəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilib.

 

Dəyişikliyə əsasən, sənaye parkları haqqında Nümunəvi Əsasnamənin 1.2-ci bəndinə - sənaye parklarında “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməyən, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir. Həmçinin 1.3.1 yarımbəndinə sənaye parkı – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi; dəyişiklik edilərək “xidmətlərin göstərilməsi” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda malların satışı” sözləri əlavə edilib.

 

Xatırladaq ki, hazırda Azərbaycanda 5 sənaye parkı var. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Pirallahı Sənaye Parkıdır. Prezidentin fərmanı ilə bu gün Ağdam rayonunda da sənaye parkı yaradılıb.

 

Tarix: 28 May 2021, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin