Türkiyənin vitse-prezidenti Fuat Oktay 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı Fuat Oktay özünün “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan 103 yaşında. 1918-ci il mayın 28-də müstəqilliyini elan edən dost və qardaş Azərbaycan Respublikasının yaranmasının ildönümü mübarək olsun. Azərbaycanlı qardaşlarıma sevgi və ehtiramımı göndərirəm”, - deyə F. Oktay bildirib.
Fuat Oktay Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi