Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı “Azeri MED” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ümumi maliyyə dəyəri 5 993 268. 79 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb.
Pravda.az xəbər verir ki, müqavilələrdə “İntensiv terapiya tibbi ləvazimatların satınalınması”(126465.3 AZN), “Tibbi ləvazimat və dezinfeksiya vasitələrinin satınalınması” (925727.05 AZ), “Reaktiv və PZR testlərin satınalınması” (902348.76 AZN), “Antibakterial və Mukolitik dərman vasitələrinin satınalınması” (602367.01 AZN), “Narkotik və Hepatoprotektor dərman vasitələrinin satınalınması” (520760.55 AZN), “Antiviral dərman vasitələrinin satınalınması” (931682.29 AZN), “İmmunostimulə edici dərman vasitələrinin satınalınması” (987182.21 AZN) və “Antifunqal və İmmunomodulə edici dərman vasitələrinin satınalınması” (996735.62 AZN) nəzərdə tutulur.
“Azeri MED” QSC bundan əvvəl Dövlət Sərhəd Xidməti ilə zərdab və vaksinlərin, həmçinin tibbi sərf materiallarının satın alınmasını nəzərdə tutan 2 müqavilə imzalayıb.
Müqavilələrin toplam maliyyə dəyəri 441 703.85 AZN-dir.
“Azeri Med” QSC-nin iriməbləğli tenderlərdə qalib gəlməsi təsadüfi deyil. 2 iyul 2004-cü ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alınan QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, şirkətin əsl sahibi Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavini, deputat Kəmaləddin Qafarovdur. Məhz bu faktor “Azeri MED” QSC-nin tenderlərdə qalib şansını birəbeş artırır.