Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Aerobika Gimnastikası üzrə XVI Dünya Çempionatında qızıl medal qazanaraq, dünya çempionu olmuş Türkiyə gimnastına zəng edib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, dövlət başçısı ilk öncə Türkiyə Gimnastika Federasiyasının rəhbərliyi ilə telefonla danışaraq, komandanın uğur qazanması ilə maraqlanıb. Rəcəb Tayyib Ərdoğan sonra qadın gimnastların fərdi proqramında qızıl medal qazanan Ayşe Onbaşı ilə danışaraq onu təbrik edib.
Qeyd edək ki, Aerobika Gimnastikası üzrə XVI Dünya Çempionatı Azərbaycanda ilk dəfə təşkil edilib. Türkiyə təmsilçisi Ayşe Onbaşı qadın gimnastların fərdi proqramında 21.850 xal toplayaraq, qızıl medal sahibi olub.
Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə dünya çempionatı mayın 26-da başlayıb.