Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünün qeyd olunması şərəfinə Peru Konqresinin binası və paytaxt Lima şəhərinin əsas tarixi rayonu hesab olunan Miraflores bələdiyyəsinin binası Azərbaycan milli bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, bu münasibətlə Konqresdəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Gilyermo Aliaqa Paxares və Perudakı nümayəndəliyimizin əməkdaşının iştirakı ilə Konqres binasının qarşısında mərasim keçirilib.
