Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb.
Pravda.az xəbər verir ki, Ankarada keçirilən görüşdə NATO-nun iyun ayında Brüsseldə keçiriləcək zirvə toplantısı və bu tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Baydan arasında baş tutacaq görüşdə müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
İ.Kalın və V.Şerman eyni zamanda Əfqanıstan, Suriya, Liviya, Qarabağ və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Tərəflər adıçəkilən bölgələrdə sülh və sabitliyin təmin olunması üçün birlikdə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.