Britaniyanın Baş naziri Boris Conson əminliklə bildirib ki, “Brexit” qanun layihəsinin ölkə parlamentinin hər iki palatası tərəfindən təsdiqləndikdən sonra Krallıq planlaşdırılan tarixdə - yanvarın 31-də Avropa Birliyini (AB) tərk etməyə hazırdır.
Pravda.az-ın xəbərinə görə, bu barədə Baş nazirin Katibliyi məlumat yayıb.
“Parlament Avropa Birliyini tərk etmək üçün qanunu qəbul edib. Bu o deməkdir ki, Birləşmiş Krallıq yanvarın 31-də AB-dən çıxacaq və bütövlükdə əsas hədəfə doğru irəliləyəcək. Bəzən görünürdü ki, heç vaxt “Brexit” finiş xəttini keçməyəcəyik, amma nəhayət, buna nail olduq”, -deyə Baş nazir deyib.