Ombudsman Aparatı ötən gün Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Ermənistanın Geğarkunik (Basarkeçər) bölgəsinin yerli sakinləri arasında keçən dialoquna münasibət bildirib.
Pravda.az xəbər verir ki, dialoqdakı “Buraya türkləri qovmaq və onları məhv etmək üçün gəlmişik...” ifadəsi azərbaycanofobiya kimi qiymətləndirilib.
“Bu, Ermənistanda azərbaycanlılara qarşı olan nifrətlə, azərbaycanofobiya ilə bağlı dəlillərdən sadəcə biridir.
Regionda sülhə, insan hüquqlarına və birgə yaşayışa ciddi təhdid olan bu kimi hallar Azərbaycan Ombudsmanının diqqətindədir.
Azərbaycanlılara qarşı nifrət nümayiş etdirən bu və digər faktlar Azərbaycan Ombudsmanının Beynəlxalq İnsan Hüquqları Təşkilatlarına göndəriləcək növbəti hesabatda yer alacaq”.