Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahnatçısı Teymur Rəcəbov finala gedən yolda Karlsenlə yenidən üz-üzə gəlib. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub - 3:1.
Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşiyə qalib gəlib - 2:1.
Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.
Çempionlar Turu, VI mərhələ
The FTX Crypto Cup