Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.
Pravda.az xəbər verir ki, səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.