2021-ci il üçün hazırlıq planına əsasən şəxsi heyəti maraqlandıran məsələlərin öyrənilməsi məqsədilə Azərbaycan Ordusunda anonim sorğular keçirilir.
Pravda.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi zabitlərinin iştirakı ilə keçirilən sorğular zamanı hərbi qulluqçularla müxtəlif mövzularda söhbətlər aparılır, onların xidmətlə bağlı sualları cavablandırılır və müraciətləri qeydə alınaraq tədbirlər görülməsi üçün müvafiq addımlar atılır.
