Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan keçmiş prezidentlər Robert Köçəryana və Levon Ter-Petrosyana meydan oxuyub.
Paşinyan keçmiş prezidentləri iyunun 18-də birbaşa efirdə baş tuttacaq debata çağırıb. Bildirib ki, onlar bütün suallara cavab verməlidir.
Paşinyan Aparan şəhərində tərəfdarları qarşısında çıxış edərkən Qarabağ münaqişəsi mövzusuna toxunub və deyib ki, qaldırdığı suallara hələ də cavab verilməyib. Bura Paşinyanın dediyi kimi, Levon Ter-Petrosyanın Dağlıq Qarabağı Azərbaycana verib birdəfəlik bu mövzusunu bağlamaq planı və Robert Köçəryanın vaxtilə Mehrini Azərbaycana verib ərazi mübadiləsi planına razılıq verdiyi barədə suallar daxildir.
Paşinyan Qarabağ mövzusu ətrafındakı situasiyanı “sonuncu mərhələyə gəlib çatmış xəstəliklə” müqayisə edib və bildirib ki, belə xəstəliyin olduğunu daha inkar etmək mümkün deyil.