Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

İtkin düşən erməni hərbçilərin yaxınları: “200-dən çox cəsəd gizli şəkildə soyuducularda saxlanılırdı”

946
Paylaş:
İtkin düşən erməni hərbçilərin yaxınları:     “200-dən çox cəsəd gizli şəkildə soyuducularda saxlanılırdı”

Qarabağ döyüşlərində itkin düşən erməni hərbçilərin yaxınları İrəvanın mərkəzi Heratsi küçəsini bağlayıblar.

Pravda.az xəbərə görə, onlar müharibədə həlak olan hərbçilərin cəsədlərinin hökumət tərəfindən soyuducularda uzun müddət gizlədildiyini bildiriblər.

"Artaşat da daxil olmaqla, müxtəlif yerlərdə meyvə soyuducularında 200-dən çox cəsəd gizli şəkildə saxlanılıb. Yalnız indi uşaqlarımızın cəsədləri ailələrinə təhvil verilir", - deyə itkin düşənlərdən birinin atası Arsen Qukasyan deyib.

Onun sözlərinə görə, Qarabağda aparılan əməliyyat-axtarış tədbirlərində morqda olan meyitlərdən daha az meyit tapılıb: “Bu o deməkdir ki, səlahiyyətlilər dəqiq ölüm sayını açıqlamaq istəmir”.

A. Qukasyan bildirib ki, etirazçılar itkin düşən hərbçilərin qohumlarının da daxil edildiyi dövlət komissiyasının yaradılmasını tələb edir.

Paylaş:

Ən son xəbərlər