Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Gürcüstana getmək istəyənlərin nəzərinə

1 435
Paylaş:
Gürcüstana getmək istəyənlərin nəzərinə

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndin hər iki dozasını vurdurmuş şəxslər Gürcüstana daxil olarkən son 72 saat ərzində əldə edilmiş PZR analizinin neqativ cavabını göstərən sənəd təqdim edəcək.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstana daxil olan şəxs tam vaksinasiya edilməyibsə ölkəyə daxil olduqdan sonrakı 72 saat ərzində öz hesabına PZR analizi verəcək.

A. Qamkrelidze qeyd edib ki, həmin şəxslərə ölkə sərhədlərini keçərkən analiz verməsi üçün 50-dək laboratoriyanın ünvanı təqdim olunacaq. Göstərilən müddətdə testdən keçməyən şəxslərə cərimə tətbiq ediləcək.

Paylaş:

Ən son xəbərlər