“Türkiyədən uzanan əlləri almaq və sıxmaq lazımdır. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının layihəsi üzrə Şuşada məktəb mütləq tikilməlidir və bu təşəbbüsün müəllifi Dövlət Baxçalıya da buna görə təşəkkür edilməlidir. Məktəb Təhsil Nazirliyinin proqram rəhbərliyi ilə idarə olunmalıdır”.
“Şuşada məktəb tikintisinə ən çox etiraz ermənilərdən, ruslardan gəlir”
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlu bildirib ki, Şuşada məktəb tikintisinə ən çox etiraz ermənilərdən, ruslardan gəlir: “Onların hər ikisi bu məsələni millətçilik müstəvisinə gətirir, Boz qurdların Qarabağa gəlişi kimi dəyərləndirir. Əslində isə belə deyil. Odur ki, hakimiyyət birmənalı bu mövqeni nəzərə alıb qərar verməlidir. Əks tədirdə, belə fikir formalaşacaq ki, Şuşa bizim olsa da ordakı tikintilərlə bağlı qərar vermək iqtidarında deyilik. Kəlbəcərdə filiz yataqlarının kimə bağlı olmasından asılı olmayaraq türk şirkətlərinə verilməsinə də münasibətim müsbətdir. Ermənilər ruslarla birlikdə son 30 ildə Qarabağda faydalı qazıntıların çoxunu istismar edib, sorub, sümürüb aparıblar, ekologiyaya ciddi ziyan vurublar. Türk şirkətləri Kəlbəcərdə ciddi risklərlə bu işə başlayırlar, uğurları bol olsun. Sadəcə, Azərbaycan hakimyyəti üç məsələni ciddi nəzəratdə saxlamalıdır: İşçilərin təhlükəsizliyi, şəffaflıq, ekologiyaya təsirlər”.