Danimarka dövlət DR kanalının bildirdiyinə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) Almaniya kansleri Angela Merkel də daxil olmaqla, qonşu ölkələrin yüksək vəzifəli şəxslərini izləmək üçün Danimarkanın Xarici Kəşfiyyat İdarəsi ilə iş birliyində olub.
DR adını açıqlamadığı doqquz mənbəyə istinadən bildirib ki, əldə edilən məlumatlar Danimarka Hərbi Kəşfiyyat Xidmətinin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə birlikdə 2015-ci ildə apardığı istintaqın nəticəsidir.
2012-2014-cü illəri əhatə edən istintaq zamanı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi İsveç, Norveç, Fransa və Almaniyadakı yüksək vəzifəli məmurları, eləcə də Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Şteynmeyer və Almaniyanın müxalifət lideri Pyer Şteynbruku izləmək üçün Danimarkanın məlumat kabellərindən istifadə edib.
Almaniya kabinet sözçüsü DR hesabatı ilə əlaqədar jurnalistlərin bu iddialar barədə soruşduqları zaman yalnız xəbərdar olduqlarını və əlavə şərh verməkdən imtina etdiyini bildirib.