Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlqar Məmmədovdan “uşaqpulu” ilə bağlı açıqlama: “Üstümüzə yalan və saxtakarlıqla dolu hücumları...”

1 338
Paylaş:
İlqar Məmmədovdan “uşaqpulu” ilə bağlı açıqlama:     “Üstümüzə yalan və saxtakarlıqla dolu hücumları...”

“Uşaq pulu” mövzusunun sönməsini diqqətdən qaçırmayın, nəticə çıxarın. 2 il davam etmiş rəqəmsiz, amma fəal ictimai söhbətləri dinləyib REAL partiyası hesablama apardı və doğuma stimul verməkdən ötrü büdcədən ailələrə 1 milyard manatın “uşaq pulu” şəklində ayrılmasını təklif etdi”.

Pravda.az xəbər verir ki, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

“Cavabımızı hökumət verməli idi. Amma o, kənarda durdu. Əvəzində üstümüzə yalan və saxtakarlıqla dolu hücumları başqaları çəkdi. Sonda rəqəmə varanda hamı gördü ki, mümkün olanı ancaq REAL təklif edib. Həqiqətən, 25-28 milyard manatlıq büdcəsi olan dövlət “uşaq pulu” şəklində nə qədər xərcləyə bilər ki? Daha bu mövzuda kimsə dinmir. Təklifimizə hökumətin susmasından, başqalarının isə od-alov püskürüb sonda bütövlükdə “uşaq pulu” mövzusundan imtina etməsindən nəticələrinizi çıxarın” – İ.Məmmədov bildirib.

Paylaş:

Ən son xəbərlər