Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Bəhreyn Kralı Prezident İlham Əliyevə təbrik ünvanladı

1 042
Paylaş:
Bəhreyn Kralı Prezident İlham Əliyevə təbrik ünvanladı

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Pravda.az-ın məlumatına gğrə, təbrikdə deyilir:

 “Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost ölkənizin milli bayramı-Respublika Günü münasibətilə Bəhreyn Krallığının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm”.

Paylaş:

Ən son xəbərlər