Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Şöbə müdiri: "Çimərliklərdə sosial məsafə saxlanılmalıdır"

1 086
Paylaş:
Şöbə müdiri: "Çimərliklərdə sosial məsafə saxlanılmalıdır"

“Hazırda pandemiya şəraitində yaşayırıq. Bu dövrdə müvafiq qərarlardan biri də çimərlik ərazilərinə aiddir”.

Pravda.az-ın məlumatına görə, bunu Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib.

O bildirib ki, çimərliklərdə sosial məsafə qorunmalı, şəxsi gigiyena qaydalarına əməl edilməli, dezinfeksiyaedici məhsullardan istifadə olunmalıdır: “Çimərlik ərazilərində sahibkarlar mütləq bu qərardan irəli gələn tələblərə ciddi əməl etməlidir. Eyni zamanda ərazilərdə fəaliyyət göstərən dezinfeksiya şöbələri ilə müqavilə bağlanmalıdır ki, mütəmadi olaraq dezinfeksiya işləri aparılsın. Həmin ərazilərdə müvafiq monitorinq qrupları fəaliyyət göstərir və onlardan bir qrup da aidiyyəti qurumlarla birlikdə bu qaydalara nəzarət edirlər”.

Paylaş:

Ən son xəbərlər