İyunun 2-dən Ə.Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
İki marşrut xəttinin hərəkət qrafiki müvəqəti dəyişdirildi
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək: 81 nömrəli marşrut: Ə. Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə; 36 nömrəli marşrut: Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcəkdir.