Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi və YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdan ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.
Pravda.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının nümayəndə heyət iyunun 2-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbiri ziyarət edib.
Yeni Azərbaycan Partiyası adından Anıtqəbirin önünə əklil qoyulub.
