Qırğızıstanın keçmiş Baş naziri Omurbek Babanov da həbs edilib.

Pravda.az xəbər verir ki, “Kumtor” qızıl mədəninin işlənməsi layihəsinin həyata keçirilməsində korrupsiya əməllərinə yol verməkdə şübhəli bilinir. Babanov haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, mayın 31-də xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Omurbek Babanov Almazbek Atambayevin prezidentliyi dövründə Baş nazir vəzifəsini icra edib və 2017-ci ilin prezident seçkilərində Sooronbay Jeenbekovun əsas rəqibi olub.

Xatırladaq ki, ötən gün Qırğızıstanın sabiq prezidenti Sooronbay Jeenbekovun qardaşı, parlamentin keçmiş spikeri Asılbek Jeenbekov da korrupsiya ittihamı ilə həbs edilib.