BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyevin seçicilərlə görüşü davam edir - VİDEO

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyev bu dəfə Gəncənin Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə görüşüb.



Pravda.az-ın xəbərinə görə, deputatlığa namizədin görüşdüyü hər bir seçici ölkəmizin bugünkü inkişafını, siyasi sabitliyini, bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirib, bu inkişafın, tərqqinin davamlılığı üçün hər zaman Prezident İlham Əliyevin ətrafında olacaqlarını bildiriblər.



Seçicilər Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını vurğulayıb, xüsusən su-kanalizasiya xəttinin çəkilməsinin, küçələrin asfaltlaşdırılmasının ölkə başçısının vətəndaşlara olan diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndiriblər.



Seçicilər bir daha Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən partiyanın namizədi Naqif Həmzəyevə yenidən səs verəcəklərini bildiriblər.

 

Fotoları təqdim edirik
Tarix: 23 Yanvar 2020, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin