99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd olan Zeynalov Tural Abdulla oğlu ilə bağlı ilə Mərkəzi Seçki Komissiyasına dəfələrlə şikayət daxil olub.
Pravda.az-ın xəbərinə görə, bu barədə MSK-nın sədr müavini Rövzət Qasımov deyib. R. Qasımov bildirib ki, onun Seçki Məcəlləsinin tələblərini pozması, seçiciləri ələ almaq üçün müxtəlif xoşagəlməz addımlar atması ilə bağlı Qaynar Xəttə şikayətlər daxil olub: “Bizim onunla bağlı araşdırmamız nəticəsində həmin şəxsin sosial şəbəkə hesabında da bu məlumatları yayımlaması ortaya çıxıb. Təkcə onun özünün şəxsi hesabında deyil, onun vəkilləri, səlahiyyətli nümayəndələrinin də sosial şəbəkə hesablarında bu məlumatlar paylaşılıb. Belə ki, namizəd seçiciləri ələ almaq üçün onlara ərzaq paylayıb”.