Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

NATO liderlərinin əsas müzakirə mövzusu açıqlandı

1 482
Paylaş:
NATO liderlərinin əsas müzakirə mövzusu açıqlandı

“İyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Liderlər Zirvəsi və bununla yanaşı, ABŞ və Rusiya prezidentilərinin görüşünün əsas mövzularından biri silah idarəsi olacaq”.


Pravda.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.


O əlavə edib ki, ABŞ Prezidenti Co Baydeni Brüsseldə salamlamağı səbirsizliklə gözləyir:


“Görüşəndə NATO-nun Rusiya ilə əlaqəsindən, NATO-nun daha iddialı və qonşulara qarşı aqressiv bir Rusiya ilə necə uyğunlaşacağına və 2030-cu il gündəmimizə qədər bir şox şeyi müzakirə edəcəyik”.


Bayden və Putinin silah idarəsi müqaviləsinin əhatə dairəsini genişləndirməsindən məmnun olduğunu bildirən Stoltenberq daha çox silah sisteminin müqavilə çərçivəsinə salınmasının zəruriliyini vurğulayıb.

Paylaş:

Ən son xəbərlər