Vətəndaşlar bundan sonra daşınmaz əmlakın mövcudluğu barədə arayışı elektron qayda da ala bilərlər. Əmlak Məsələləri Dövlət Xidməti "daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verib. Bununla da vətəndaşların xidmətin idarələrinə gedib vaxt itirməsinə ehtiyac qalmayacaq.
Vətəndaşlar adlarına daşınmaz əmlakın olub-olmaması barədə arayışı artıq elektron qayda əldə edə biləcəklər. Bununla da onların Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi idarələrinə getməsinə ehtiyac qalmayacaq.
Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidmətini istifadəyə verib. Xidmətin əməkdaşı Elşad Məmmədovun sözlərinə görə, vətəndaşlar müxtəlif dövlət qurumlarına təqdim etmək üçün Daşınmaz əmlakın mövcudluğu barədə arayışı xidmətin ərazi idarələrinə gəlməklə əldə edirdilər. Bu isə onların əlavə vaxt itirməsinə səbəb olurdu.