Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Könül Nurullayeva 1 nömrəli Uşaq Evini və şəhid ailələrini ziyarət etdi

1 787
Paylaş:
Könül Nurullayeva 1 nömrəli Uşaq Evini və şəhid ailələrini ziyarət etdi

Milli Məclisin deputatı Könül Nurullayeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Nizami rayonu 1 nömrəli Uşaq Evini və şəhid ailələrini ziyarət edib.

Pravda.az-ın xəbərinə görə, 1 nömrəli Uşaq Evinə baş çəkən K.Nurullayeva bildirib ki, körpələr evinin direktoru Nərminə xanım və uşaqlarla görüşməkdən səmimən zövq alıb: “Balalarımızla söhbətləşib onların qayğıları ilə maraqlana bilmək məni çox şad etdi. Mən də uşaqları sevindirmək məqsədi ilə onlara bayram sovqatlarını çatdırdım. Ümidvaram ki, azacıq da olsa onları şad edə bildim."

Milli Məclis deputatı daha sonra şəhid ailələrini ziyarət edib.

K.Nurullayeva şəhidlərin əzizləri ilə görüşərək onların körpələrini də bayram münasibəti ilə təbrik edib: "Şəhidlərimizin yadigarlarını bağrıma basıb əzizləyə, onların sevincinə şərik ola bilmək çox xoş və əvəzolunmaz bir duyğu idi".

Millət vəkili bu cür səfərlərdən dərin mənəvi zövq aldığını, kimsəsiz və vətən uğrunda həlak olmuş şəhid övladlarının qayğıları ilə daim yaxından maraqlanacağını bildirib.

Paylaş:

Ən son xəbərlər