Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Zelenski jurnalistlərə kabab bişirdi - FOTOLAR

1 575
Paylaş:
Zelenski jurnalistlərə kabab bişirdi -   FOTOLAR

İyunun 6-da Ukrayna Prezidenti Vladimir Zelenski KİV nümayəndələri ilə təbiətdə qeyri-rəsmi görüş keçirib.

Pravda.az xəbər verir ki, hər il bu tarixdə Ukraynada Jurnalistlər günü qeyd olunur.

“Jurnalistlərin peşə bayramı ərəfəsində onlarla gün keçirdim. Bu dəfə - öz əllərimizlə hazırladığımız kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabusuz söhbət, kəskin suallar və mənim dürüst cavablarım. Belə görüşlərin artıq yaxşı ənənəyə çevrilməsi xoşdur”, - Zelenski instaqram səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti bir il əvvəl də analoji görüş keçirib. Onda Prezident və media işçiləri velosiped sürmüşdülər.

 




Paylaş:

Ən son xəbərlər