Prezident Elçibəyin Kələkiyə getməsi mənim üçün gözlənilməz oldu. Elçibəyin istefasını da tələb etməmişəm.
Bu sözləri 4 iyun 1993-cü il Gəncə qiyamının rəhbəri Sürət Hüseynov BBC radiosuna müsahibəsində deyib.
“Belə bir məsələ (Prezidentin istefası – red.) də qoymamışdım. Odur ki, prezidentin Kələkiyə getməsi mənim üçün gözlənilməz oldu. Nə üçün getdi? Bilmirəm. Ola bilsin danışıb razılaşıblar. Mənim Elçibəyə qarşı heç bir fikirm olmayıb və onun vəzifədən getməsini tələb etməmişəm”, - deyə Surət Hüseynov yaxın tarixi gözgörəsi təhrif edib.
S.Hüseynov Gəncədə baş verən hadisələrdə Milli Məclisin sabiq sədri İsa Qəmbəri və Baş nazir Pənah Hüseyni ittiham edib:
“4 iyun hadisələrinin planını quranlar İsa Qəmbər və Pənah Hüseyn olub. Mən hakimiyyətə müqavimət göstərməmişəm. Evdə, yasda olmuşam. Dəfələrlə müraciət etmişəm ki, gəlib hərbi hissəni təhvil alsınlar. Amma bunu etmədilər. Hərbi hissəni buraxmaq üçün 12 gün əvvəl əmr verilir. Bu vaxt ərzində o özü-özünü buraxmırsa, o zaman qanun ona güc tətbiq etməyə imkan verir. Hərbi hissəyə hucum etdikdən, 3 nəfər həlak olduqdan sonra bir pokovnikə əmr verib göndərirlər ki, get ver Surətə… Mən Bakıya Elçibəyi yıxmaq üçün getməmişdim”.