Hazırda Azərbaycan Rusiya sərhədində 1300-dən çox yük maşını növbə gözləyir. Hər il məhsullarının ixracının artması ilə əlaqədar bu problem yaşanır. Ona görə də avtonəqliyyat vasitələri ilə yanaşı dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması tövsiyə olunur. Bununla əlaqədar Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb.
"Azərbaycan Dəmir Yolları" QSC Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirib ki, mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar, avtonəqliyyat vasitələri ilə yanaşı dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması tövsüyə olunur. Bununla əlaqədar Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC-də qeyd olunan operativ işçi qrupunun üzvüdür.