Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

Gömrük Komitəsi sərhədlərin açılması xəbəri ilə bağlı məlumat yaydı

1 609
Paylaş:
Gömrük Komitəsi sərhədlərin açılması xəbəri ilə bağlı məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb. Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur.


Pravda.az-ın xəbərinə görə, məlumatda bildirib ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur.


Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur.

Paylaş:

Ən son xəbərlər