2021-ci ilin iyulun 1-dən sonra qadınlar 62,5 yaşında pensiyaya çıxa biləcək. İyulun 1-nə qədər qadınlar 62 yaşında pensiya çıxmaq hüququna sahib idi.
Pravda.az xəbər verir ki, qadınların pensiyaya çıxma yaşının artırılması "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilən dəyişikliklə bağlıdır. Qanuna əsasən, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dən yaşa görə pensiya çıxacaq qadınların yaş həddi hər il 6 ay artırılır. Ardıcıllığa uyğun olaraq qadınlar 2021-ci ilin iyulun 1-dən 2022-ci ilin iyunun 30-na kimi 62,5 yaşda pensiya çıxacaqlar.