BURADA REKLAMINIZ OLA
BİLƏR

Erməni deputat Şuşa muzeyini talan edərək, ekponatları Ermənistana apardıqlarını etiraf etdi

Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan Şuşa işğaldan azad olunmamışdan bir neçə gün əvvəl Şuşa muzeyinin eksponatlarını çıxarıldığını etiraf edib.

 

Pravda.az-ın məlumatına görə, “Facebook” hesabında paylaşım edən deputat yazıb.

 

Deputat eksponatları Ermənistana aparan sürücü Armen Xaçatryanın fotosunu paylaşaraq yazıb ki, o, noyabrın 1-nə keçən gecə Şuşa xalça muzeyinin eksponatlarını İrəvan Tarix Muzeyinə, Milli Qalereyaya daşıyıb.

 

Erməni deputatın yazdığına görə, Armen 160 xalça, xalı və kilim, 30 saxsı qab, 50 rəsm əsərini Şuşadan Ermənistana aparıb.

 

APA

Tarix: 7 İyun 2021, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin