BURADA REKLAMINIZ OLA
BİLƏR

UNESCO-nun Baş direktoru: "Sirac Abışov və Məhərrəm İbrahimovun faciəli ölümündən şok oldum"

UNESCO-nun Baş direktoru Audrey Azoulay iyunun 4-də Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun ölümünü pisləyib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə UNESCO-nun saytında bildirilib.

 

"Sirac Abışov və Məhərrəm İbrahimovun faciəli ölümlərindən şok oldum. Şəxsi təhlükəsizlik riski olmadan jurnalistlər öz peşələrini yerinə yetirə bilməlidirlər", - deyə UNESCO-nun baş direktoru vurğulayıb.

 

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Tarix: 7 İyun 2021, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin