Xəbər verdiyimiz kimi, Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleyman Milli Məclisin deputatı Ramil Həsənin onun qızını qaçırtması ilə bağlı iddiayla çıxış edib. O, deputatın ünvanına olduqca ağır ittihamlar səsləndirərək əlində övladını görməsi ilə bağlı məhkəmə qərarları olmasına baxmayaraq millət vəkilinin buna mane olduğunu bildirib.
Pravda.az xəbər verir ki, sözügedən qalmaqalla bağlı deputat Ramil Həsən açıqlama verib. O qeyd edib ki, barəsində dərc olunanlar cəfəngiyyatdır və elə buna görə də geniş açıqlama verməyi tələb edən bir məsələ yoxdur: