Yaxın günlərdə Xarici İşlər Nazirliyi sistemində ciddi kadr islahatları gözlənilir.
Azərbaycanın bir sıra ölkələrdəki səfirlərinin geri çağrılacağı, bəzilərinin isə xidmət yerlərinin dəyişdiriləcəyi ehtimal olunur.
İddialara görə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim tutduğu postdan geri çağrılaraq, ölkəmizin ABŞ-dakı səfiri təyin ediləcək.