Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Putin Avropa Şurasının rəhbəri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

1 092
Paylaş:
Putin Avropa Şurasının rəhbəri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının sədri Şarl Mişel ilə Dağlıq Qarabağ ətrafındakı mövcud vəziyyət müzakirə edib.

 Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının daha da ardıcıl həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət müzakirə edilib.

Həmçinin, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması, əhalinin humanitar problemlərinin həlli prioritet vəzifələr olduğu vurğulanıb.

Şarl Mişel ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) da daxil olmaqla, həyata keçirilən işlərə dəstəyini dilə gətirib.

Paylaş:

Ən son xəbərlər