Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı və almaniyalı həmkarları Jan iv Lö Drian və Hayko Maasla telefonla danışıb.
Pravda.az-ın məlumatına görə, xarici siyasət idarələrinin rəhbərləri Azərbaycan-Ermənistan sərhədindəki və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişaatını müzakirə ediblər.