BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Laçında erməni diversant saxlanıldı - SON DƏQİQƏ

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.
Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

Tarix: 8 İyun 2021, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin