Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.


“Can Azərbaycanın Milli Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Xalqlarımız kimi Parlamentlərimiz də qardaşdır”,-deyə nazir vurğulayıb.