Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Partiya sədri Arif Hacılıya cavab verdi: “Bu beyinlə hara gedirsiniz?”

1 939
Paylaş:
Partiya sədri Arif Hacılıya cavab verdi:     “Bu beyinlə hara gedirsiniz?”

“Müsavat Partiyasının rəhbərliyini ələ keçirmiş Arif Hacılının “Facebook”da işğaldan azad edilmiş ərazilərimiz üzərindən spikulyasiya xarakterli postu ilə tanış oldum. Məlum postda Arif Hacılı Azərbaycan dövlətini və mövcud iqtidarını öz aləmində hədəf seçərək iqtidarı məsuliyyət bölgüsü aparmağa, 700 min soydaşımızın “mina bəhanəsi” ilə işğaldan azad edilmiş ərazilərə buraxmamaqda, ardınca isə şəhid olmuş jurnalistlərimizin minaya düşməsində iqtidarı “hədəf” alır. Bu məntiqsiz paylaşımı yalnız və yalnız Arif Hacılı edə bilərdi”.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Partiya sədri bildirib ki, hökumət vətəndaşların zərər görməsini istəmir: “İnsanlarımızın vətən həsrəti başa düşüləndir. Amma vətəndaşın təhlükəsizliyi dövlət üçün ən əsas məsələlərdən biridir. Arif Hacılının bu tipli (vətəndaşın təhlükəsizliyinin dövləti əhəmiyyəti) məsələlərdən bixəbər olması anlaşılandır. Görünür hörmətli Arif Hacılı partiya sədri olsa da, düşüncələri hələ də 1990-cı illərin kənd müxbiri səviyyəsində qalıb. Sadə insanlar mina təmizləyənlərdən və ordu nümayəndələrindən dəfələrlə təcrübəsizdir. Son hadisələr bunun bariz nümunəsidir. Ərazilərimiz işğaldan azad edilsə də, minalardan təmizlənib qurtarmayıb. Bu kimi primitiv məsələləri anlamamaq, sadəcə, cahillikdir. Minalar tam təmizlənməmiş insanlar ərazilərə buraxılsa, itkilər çox olar. O zaman da bu tip düşüncə yoxsulları daha ucadan danışmağa başlayacaqlar. Əlbəttə ki, Hacılı və onun xislətdə olanların məqsədləri insan tələfatının artırılmasına nail olmaqdan və bu yolla özlərini müxalifət kimi göstərməkdən ibarətdir. Necə ki, 2020-ci ilin martında neftin qiyməti dünya bazarında 12 ABŞ dollarına qədər ucuzlaşdıqda bir-birlərinə gözaydınlığı verirdilər... Dövlətinə, millətinə düşmən olan erməni terrorçularının etdiyi əmələ görə öz dövlətini ittiham etmək nə deməkdir?! Bu beyinlə hara gedirsiniz? Arif Hacılı hökuməti məsuliyyət bölgüsünə çağırır. Təklif normaldır. Amma hörmətli Arif Hacılı anlamalıdır ki, məsuliyyət bölgüsü məsuliyyətli insanlar arasında baş verir. Sizin məsuliyyətlilik dərəcəniz isə hakimiyyətdə olub, vəzifənizi “donduracaq” qədər idi... Bu gün Ermənistanın destruktiv əməllərinə, hərbi cinayətlərinə, terror aktlarına qarşı səs çıxara bilməyən meydan qəhrəmanları dövlət maraqlarını ayaqlar altına ataraq öz xislətlərini bir daha nümayiş etdirirlər. Bu kimi hərəkətlərin bir adı var: Vətənə, millətə və dövlətə xəyanət! Arif Hacılı dərk etməli və nəhayət anlamalıdır ki, biz mövcud iqtidara qarşı müxalifətdəyik, Azərbaycan dövlətinə qarşı yox...”

Paylaş:

Ən son xəbərlər