Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Makrondan AÇIQLAMA

1 291
Paylaş:
Makrondan     AÇIQLAMA

Fransa Prezidenti Emmanuel Makron şillə məsələsini böyütməməyə çağırıb və fransızlarla görüşməyə davam edəcəyini deyib.

Bu barədə “Dauphine” nəşri yazıb. Fransa dövlət başçısı qeyd edib ki, həmin hadisədən sonra onda heç bir qorxu hissi yaranmayıb:

“Mən həmin adamın yanında dayanan insanlarla salamlaşmağa, onlarla şəkil çəkdirməyə davam etdim. Mən davam etdim və edəcəyəm. Məni heç nə dayandıra bilməz”.

Makron hər şeyin qaydasında olduğunu deyib və hamını həmin hadisəyə az əhəmiyyət verməyə çağırıb:

“Fransızların əksəriyyəti dərin məsələlərlə  maraqlanır. Nümayişlərdə iştirak edən təcavüzkar şəxslər ictimai müzakirələri ələ keçirməyə çalışırlar: onlar buna layiq deyillər. Bu məsələ çoxlarının həyatına təsir edən digər vacib mövzuları kölgədə qoymamalıdır”.

Paylaş:

Ən son xəbərlər