İyunun 9-11-də ali təhsil müəssisələrinin magistraturalarının xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarının 68, 69 və 70-ci proqramları üzrə ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanlarına buraxılış vərəqələrini 9 iyun tarixində də çap edə bilərlər. Bakalavrlar elektron ərizələrinə daxil olub buraxılış vərəqələrini, sağlamlıq haqqında bəyannaməni, yaddaş kitabçasını (həmçinin musiqi istiqaməti üzrə qeydiyyatdan keçən bakalavrlar proqram formasını) çap edə bilərlər.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilərlər.
İmtahanlar 9-11 iyun tarixlərində Bakıda 4 binada keçiriləcək və 29 Qabiliyyət İmtahanı Komissiyası təşkil ediləcəkdir.
İmtahana mobil telefon və ya əlavə ötürücü qurğu gətirən şəxslər imtahandan xaric ediləcəklər. İmtahan qaydalarını pozan şəxslərin imtahan nəticələri ləğv ediləcəkdir. İmtahanının nəticəsindən narazı olan bakalavrlar həmin gün ərizə vasitəsilə apellyasiyaya müraciət edə bilərlər.