Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasından 200 gün ötür. Ermənistanın Dağlıq Qarabağ regionunda təxminən 30 il davam etmiş işğalına məhz bu bəyanatla son qoyulub.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından bu yana müharibə nəticəsində üzləşdiyi dağıntıları aradan qaldırmaqla məşğuldur: azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı planlar, son 30 ildə məcburi köçkün həyatı yaşayan azərbaycanlıların doğma evlərinə qaytarılmasına yardım və s.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından keçən 200 gündə 10 ciddi nəticə əldə edib.
Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan çox vəsait ayırıb və onun xərclənməsinə başlanılıb. İşğaldan azad olunmuş böyük şəhərlərdə bu vəsait hesabına quruculuq işləri aparılır, tarixi abidələr, muzeylər, məscidlər və s. bərpa olunur.
Azərbaycan Mədəniyyət Nazirliyi ilkin monitorinq zamanı bu torpaqlarda dövlət qeydiyyatında olan 314 abidəyə baxış keçirib. Onların əksəriyyəti Ermənistanın işğalı dövründə dağıdılıb.
Azad edilmiş rayonlarda 9 min hektardan çox ərazidə 35 min partlamamış hərbi sursat zərərsizləşdirilib. O vaxtdan bu ərazilərdə hərbi sursatların partlaması nəticəsində 120 azərbaycanlı həyatını itirib və ya yaralanıb.
Yeri gəlmişkən, 15 mindən çox insan ən məşhur petisiya saytlarından olan “change.org”da petisiya imzalayaraq, Ermənistanı minalı ərazilərin xəritəsini Bakıya təhvil verməyə çağırıb.
Bu proses çərçivəsində Azərbaycan hökuməti ilə TEPSCO və BP kimi böyük şirkətlər arasında aparılmış ciddi danışıqlardan sonra yaşıl enerjiyə əsaslanan işlərə də start verilib. Beləliklə, azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə çalışacaq, günəş enerjisinin istehsalı ilə məşğul olacaq elektrik stansiyaları qurulur.