BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Son 10 ili jurnalistikada at oynadanlar sıradan çıxmamış heç nə dəyişən deyil, mafiya kimi fəaliyyət göstərirlər"

“Birdən birə jurnalistika mövzusu sosial şəbəkəni ağuşuna alıb. Səbəbini dəqiq bilməsəm də, heç şübhə etmirəm ki, baş verənlər ancaq pul davasıdır, çünki son on ili Azərbaycan jurnalistikasını maraqlandıran ancaq pul olub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov dyib.

 

A.İsmayılov qeyd edib ki, özlərini “kapitan”, “boss” adlandıranlar Əli Həsənovun baş patronluğu ilə məhz bugünkü reket jurnalistikanı yaradıblar və onun sahəsində milyonlar sahibi olublar: “Bu gün ən ucadan "jurnalistika batır" bağıranların var-dövlətlərini araşdırın və görəcəksiniz ki, bu gün elə ən imkanlı insanlar onlardır. Yüz minlik ofisləri, dəbdəbəli evləri (bir neçə), villaları, inhisarçılıq hesabına yaratdıqları biznes şəbəkələri, dəbdəbəli həyat tərzləri. Bircə onların yay aylarında yaydıqları şəkilləri nəzərdən keçirin və milyoner həyatı keçirdiklərini görəcəksiniz. Sıradan jurnalistlər, öz peşəsinə vicdanla yanaşanlar isə ac-yalavac qaldılar, kirayələrdə ömür sürdülər, bəziləri isə gördüklərini sinirə bilməyib cavan yaşlarında dünyadan köçdülər. Məhz bu jurnalistlər Azərbaycanda “qanuni oğru”ları ən hörmətli şəxs etdilər. Mən jurnalistlərin kasıb olmasını istəmirəm, ancaq oğru, reket olmasının əleyhinəyəm. Dəfələrlə dediklərimi bir daha təkrarlayıram. Son 10 ili jurnalistikada at oynadanlar sıradan çıxmamış heç nə dəyişən deyil. Bunlar artıq bir mafiya kimi fəaliyyət göstərirlər, bunlar bir mütəşəkkil dəstədirlər və yaratdıqları qazanc yerlərini elə belə heç kimə verməyəcəklər. Əminəm ki, az sonra bunlar hakimiyyəti də şantaj edəcəklər, çünki hər ay korrupsioner məmurlardan aldıqları on minlərdən hec çür keçmək istəmirlər. Bu gün həbs olunanları, yenə də ölkəni talamaqda davam edən məmurların hansını dindirsəniz bunlara aylıq haqq verdiklərinin şahidi olacaqsınız. Dediklərimi çoxları bilir, sadəcə dilə gətirməkdən qorxurlar. Bütün iribuynuzlu oğru məmurların özlərinin reket jurnalist dəstələri var. Bir daha deyirəm ki, islahat komandası sözünü elə belə deməmişdim. Onlar həqiqətən var, ancaq bu mafiyaya qarşı duracaq gücləri və cəsarətləri yoxdur. Düz, faydalı işi ancaq çirkaba bulaşmamış media ilə görmək olar. Gündə bir dona girən, dünən qarşısında quyruq bulayıb, vəzifədən gedən kimi əllərində balta hazır duran, şərəfləri aldıqları pul qədər olanlar heç vaxt heç kimə fayda verməzlər. Hakimiyyət bunu anlayıb ciddi addımlar atarsa, uğur qazanar, çünki Azərbaycanda gənc çirkaba bulaşmamış çoxlu sayda jurnalistlər var. Ölkədə istənilən müsbət dəyişiklik isə birinci növbədə vicdanlı media işçilərindən asılıdır”.

Tarix: 9 İyun 2021, 21:13   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin