Axşam saatlarında Daşkəsən rayonunda güclü yağış yağır, bir neçə dəqiqə dolu düşüb.
Yağıntılı hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkəti qismən dayanıb. Leysan yağış daha sonra bir neçə dəqiqə dolu ilə əvəz olunub. Nəticədə meyvə ağaclarına, fərdi təsərrüfatlara qismən ziyan dəyib.