BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Müharibə əlilinə bu şərtlə avtomobili verilir - RƏSMİ

Müharibə əlillərinin sosial müdafiəsi tədbirlərindən biri də onların avtomobillə təmin edilməsidir.


Minik avtomobili dayaq-hərəkət aparatının funksiyası kəskin pozulan və orqanizmin digər sistemlərinin hərəkətini çətinləşdirən patologiyaları olan müharibə əlillərinə reabilitasiya vasitəsi olaraq verilir.


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Pravda.az-a verilən məlumata görə, son illərdə, eləcə də Vətən müharibəsindən sonrakı dövrdə də qanunvericilikdə bu yanaşma ilə bağlı hansısa dəyişiklik olmayıb. Yəni, müharibə əlilinə yalnız əlillik səbəbindən hərəkət fəaliyyətinin kəskin məhdudlaşdığı halda minik avtomobili verilməsi qaydası qüvvədə qalır.

Hətta Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi, onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına 23 yeni reabilitasiya vasitəsi də əlavə edilib. Siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb. Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır. Məsələn, Vətən müharibəsi qazilərindən artıq 25 nəfəri son texnologiyalar əsasında hazırlanmış protezlərlə təmin olunublar və bu sahədə işlər davam etdirilir.

Eyni zamanda, yeni qaydalarda müharibə əlillərinə minik avtomobili üçün tibbi göstəriş verilməsi şərtləri də qətiyyən məhdudlaşmayıb və tibbi göstəriş verilməsi üçün müəyyən edilmiş xəstəliklər siyahısında azalma yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 7200-dən çox, o cümlədən son üç ildə 1257 müharibə əlilinə avtomobil təqdim edilib. Cari ildə də bu proses davam edəcək.

Tarix: 9 İyun 2021, 23:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin