BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın ÜDM-i 1%-ə yaxın artdı

Bu ilin yanvar-may aylarında Azərbaycanda 31 532,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 % azalmış, qeyri neft-qaz sektorunda isə 4,5% artıb.

 

ÜDM istehsalının 41,2%-i sənaye, 10,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3%-i tikinti, 4,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 1,0%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 3 150,6 manata bərabər olub.

Tarix: 10 İyun 2021, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin